Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə verilib.
Tribunainfo.az-ın məlumatına görə, iddiaçı “Azsığorta” şirkətidir.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.