Nazirimiz açıq mətnlə dedi: Əgər Rusiya olmasa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirimiz Zakir Həsənov Rusiya mətbuatına verdiyi müsahibədə əslində ermənilərin arxasında kimin durduğuna tam aydınlıq gətirdi.  

Müdafiə nazirimiz Zakir Həsənov Rusiya mətbuatına verdiyi müsahibədə əslində ermənilərin arxasında kimin durduğuna tam aydınlıq gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş dövlət müşaviri Qabil Hüseynli Müdafiə naziri Zakir Həsənovun “RİA Novosti” agentliyinə verdiyi geniş müsahibəsini şərh edərkən deyib. O bildirib ki, Zakir Həsənov bu müsahibəsində Ermənistanın işğalçı siyasətini ortaya qoydu:

“Cənab Zakir Həsənov bu müsahibədə bir çox həqiqətləri tam çılpaqlığı ilə dedi. O, ordumuzun potensialı haqqında məlumat verdi və bildirdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 50 qat güclüdür. Bu, xüsusilə Azərbaycanın son zamanlar “İsgəndər” raketləri ilə təhdid edilməsinə verilən ən tutarlı cavablardan biri idi. Haqlı olaraq müdafiə nazirimiz qeyd etdi ki, biz “İsgəndər” raketləri yerindəcə məhv edə bilərik”.

Politoloq vurğulayıb ki, Müdafiə naziri Zakir Həsənovun Aprel savaşında Rusiya rəsmilərinin təmaslarını diqqətə çatdırması çox önəmli bir mesaj idi:

“General Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Aprel döyüşləri zamanı Bakıya zəng etməsindən danışdı. Əslində, Zakir Həsənov hər şeyi öz adıyla dedi və bununla bəyan etdi ki, Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan 3 günə öz ərazi bütövlüyünü təmin edə bilər. Bu, həm Rusiyaya, həm də bütün dünyaya verilən bir mesajdır. Ermənilərin işğalçı siyasətinin arxasında kimlərin durduğu bir daha və açıq mətnlə ortaya qoyuldu”.

Qeyd edək ki, Müdafiə naziri, general Zakir Həsənov “RİA Novosti” agentliyinə geniş müsahibə verib. Nazirin xarici mediaya bu ilk geniş müsahibəsində toxunduğu məqamlar böyük əks-səda doğurub.