NAZİRİ GÖZDƏN SALAN ƏTRAFINDAKILARDIRbackend

NAZİRİ GÖZDƏN SALAN ƏTRAFINDAKILARDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emin Əmrullayev yaxşı insandır, amma onu ətrafındakı savadsız yaltaqlar məhv edəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Dünən keçirilən Elm və Təhsil naziri Emin  Əmrullayevin mətbuat konfransından danışan ekspertin sözlərinə görə, brifinq bitən kimi, təhsildən xəbərsiz yaltaq köməkçiləri nazirin çıxışından tezislər hazırlayıb paylaşırlar:

“Guya bu çıxışlarda hansısa gələcək plan, elmi tezislər var.

Mən bir dənə məktəb direktoru, bir dənə müəllimdən bir sətr yazı görmədim dünəndən bəri ki, axı nazir, onun kursdan tutub gətirib əvvəl müşavir, ardınca isə ümumtəhsil şöbəsinin müdiri təyin etdiyi Elnur Əliyevin fikri səhvdir desin. Belə çıxır ki, ya hamısı savadsızdır, ya da hamısı yaltaq.

Hörmətli Emin Əmirullayev özü bu ilin, 2022-ci ilin 28 iyulunda təstiq etdiyi tədris planında nəzərdə tutulub ki, ibtidai (1,2,3,4-cü) siniflərə həftədə bir dəfə xarici dil fənni tədris olunur.

1 dəfə İngilis dili fənni tədris olunur. Düzdür, bəzi məktəblərdə pilot olaraq 1 saat rus dili də tədris olunur.
Yəni hörmətli Emin müəllim, hazırda ibtidai siniflərdə həftədə bir dəfə xarici dil fənni tədris olunur.
Hardadır o həftədə iki dəfə xarici dil fənninin tədrisi?

Siz vəziyyətə baxın, nazir təstiq etdiyi tədris planını bilmir, hələ 1 gün belə sinifə girməyən, tədrisdən xəbəri olmayan kursdan tutub gətirib ümumtəhsil kimi geniş, ağır şöbəyə müdir təyin etdiyini Elnur Əliyev israrla deyir ki, iki dəfə tədris olunur. Hətta cənab nazir tapşırır ki, bəs araşdırma aparın ki, niyə bir dəfə tədris olunur.
Niyə olacaq, cənab nazir? Çünki tədris planında belədir”.

K.Əsədov bildirib ki, hələ bu ümumtəhsildən xəbərsiz Elnur Əliyevi yeni strukturda agentliyin rəisi təyin təyin etmək istəyirlər.