İranın turzum naziri Rza Salehi Əmiri dünən Təbrizdə keçirilən sərgidə iştirak edərək, Azərbaycanla bağlı bir sıra açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, nazir qarşılıqlı turust axınını təmin etmək üçün bütün imkanlardan istifadə etməyə hazır olduqlarını bildirib.
Əmiri deyib ki, məqsədlərimizdən biri də xarici turistlərin şəxsi avtomobilləri ilə İrana gələ bilməsidir. “Azərbaycandan gələn turistlər maneəsiz öz maşınları ilə İrana gələ biləcəklər. Bu istiqamətdə bütün prosedurlar sadələşdiriləcək”.
O daha sonra bildirib ki, İran və Azərbaycan arasında turizm maneələri aradan qaldırılmalıdır. “Azərbaycan tərəfi ümid edirəm ki, bu istiqamətdə ciddi tədbirlər həyata keçiriləcək”.