Təhsil naziri Ceyhun Bayramov “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb
TİA.AZ-ın məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünəcək:
birinci yarımil – 15 sentyabr – 26 yanvar;
ikinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).