Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.
Tribunainfo.az xəbər verir ki, nazir Fərid Əhmədovun müvafiq əmri ilə Elşən Albəndov mərkəzin rəisi təyin olunub.
Elşən Albəndov həmçinin bu gün keçirilən Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının katibi təyin edilib.
Qeyd edək ki, Elşən Albəndov bu təyinatadək Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. O, əvvəllər Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu barədə ilk xəbəri “Qafqazinfo” yayıb.