Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar Nazirliyinin nəzdində “İzotop” xüsusi kombinatına yeni rəis təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Paşayev Ramin Eldar oğlu gətirilib.
Qeyd edək ki, Ramin Paşayev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ay Əməkdar həkim Aslanov Fikrət Əhəd oğlu FHN-nin nəzdində “İzotop” xüsusi kombinatının rəisi vəzifəsindən azad edilmişdi.