Nazir Yaşar İbrahimovu işdən çıxardı

Nazir Yaşar İbrahimovu işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib.

Tribunainfo.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub.

Qeyd edək ki, Yaşar İbrahimov təxminən 6 ay əvvəl “Azon zavodu” MMC-nin direktoru təyin edilib.

Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır./Bakupost.az/