Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Bişkek hava limanının yaxınlığında “Türk Hava Yolları”na məxsus “Boing 747” təyyarəsinin qəzaya uğramasının ilkin səbəblərini açıqlayıb. Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Bişkek hava limanının yaxınlığında “Türk Hava Yolları”na məxsus “Boing 747” təyyarəsinin qəzaya uğramasının ilkin səbəblərini açıqlayıb.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, təyyarə hava limanın eniş zolağına düşə bilməyib.
“Hazırda olan yerində mütəxəssislər işləyir, hadisənin araşdırılması üzrə xüsusi qərargah yaradılıb. Hadisənin texniki səbəblər və hava şəraiti ilə bağlı olduğunu dəqiq deyə bilmərik. Bu, araşdırmalardan sonra bəlli olacaq”, – deyə nazir bildirib.
Qeyd edək ki, bu gün “Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb. Məlumata əsasən Honkonqdan qalxan “Boeing 747” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.