Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirliyin daxili xidmət mayoru Quliyev Zaur Böyükağa oğlu sözügedən idarənin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Ağayev Rəfi Məhəmməd oğlu Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.