NAZİR QƏNİRƏ PAŞAYEVADAN YAZDI…- FOTO

NAZİR QƏNİRƏ PAŞAYEVADAN YAZDI…- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev dünən axşam saatlarında dünyasını dəyişən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Tribunainfo.az xəbər verir ki, nazir millət vəkili ilə sonuncu görüşündən yazıb:

“Qənirə Paşayevanın vaxtsız vəfatından çox üzüldüm. Bir neçə həftə əvvəl yanaşı oturmuşduq, Azərbaycanda təhsilin, milli kimliyin, Azərbaycan tarixinin dövlət dilində tədrisi, məktəblərdə milli mədəniyyətimizin təbliği ilə bağlı maraqlı fikir mübadiləsi apardıq.
Həmin an Qənirə xanımla bir daha görüşmək imkanımızın olmayacağını heç ağlımdan belə keçirə bilməzdim. Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi. Allah rəhmət eləsin!”.