“Özəl şirkətlər Azərbaycanda kino sənətinin inkişafına diqqət göstərməlidirlər”.
“Özəl şirkətlər Azərbaycanda kino sənətinin inkişafına diqqət göstərməlidirlər”.
TİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib.
Nazir Azərbaycanda yeni, müasir özəl studiyalar formalaşdığını vurğulayaraq bildirib ki, özəl şirkətlər bu sənətin inkişafına diqqət göstərməlidir.
Ə.Qarayev qeyd edib ki, son illərdə Azərbaycan filmləri zirvələr fəth edib. Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar:
“Dövlətimizin başçısının müvafiq sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 44 tammetrajlı bədii film, yüzlərlə sənədli film çəkilib. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Yaddaş”, “Salnamə”, “Debüt” studiyalarında çəkilmiş filmlərin sayı 300-dən artıqdır. Azərbaycan filmləri 50-dən çox ölkədə festivallarda iştirak edib. 200-dən çox beynəlxalq kino festivallarında filmlərimiz nümayiş olunub. Azərbaycan filmləri müxtəlif kino festivallarında ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb”.
Ə.Qarayev bildirib ki, Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir. Bu sənətə yeni nəslin gətirilməsi, yeni imkanların açılması üçün ciddi addımlar atılır. Hazırda bir neçə istedadlı gənc dövlət hesabına müxtəlif ölkələrdə təhsil alır. Filmlərin çəkilişlərində təcrübəli kino xadimləri ilə yanaşı, gənclər də iştirak edirlər.