Elmin Həsənov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təsdiqlənib.
Tribunainfo.az -ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Həsənov Elmin Ağamusa oğlu 4 iyun 2024-cü il tarixli Fərmanla yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.