Ermənistan XİN başçısının müavini Mnatsakan Səfəryan “Azadlıq” radiosuna verdiyi açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. Tribunainfo.az xəbər verir ki, o, Zəngəzur dəhlizinin təhlükəsizliyinin kimlər tərəfindən qoruna biləcəyindən danışıb.
Səfəryan bildirib ki, dəhlizin təhlküəsizliyini təmin etməyi özəl şirkətə vermək, qanunu pozmur. “Azərbaycanın Naxçıvanla birləşdirilməsi üçün yola nəzarəti özəl şirkətə verməklə Ermənistanın suverenliyi prinsipi pozulmur. Əlavə təhlükəsizlik funksiyalarını, məsələn, Ermənistanda lisenziyası olan qəyyumluq təşkilatları da yerinə yetirə bilər”.