Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Aktauya şəhərinə göndərilib.

Tribunainfo.az xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda c7 nəfər xəsarət alan şəxs ölkəyə gətirilib:

“Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək və paytaxtın tibb müəssiaələrində onların müalicəsi davam etdiriləcək”.

O bildirib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək.