Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetində tələbələr imtahanlarla bağlı aksiya keçiriblər.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetində tələbələr imtahanlarla bağlı aksiya keçiriblər.
Tələbələri dinləmək üçün Təhsil Nazirliyinin nümayəndələri və universitet rəhbərliyi akt zalında toplantı keçirib. Hər fakültədən 1 tələbə çıxış edərək şikayətini səsləndirib.
Görüşdə Təhsil nazirinin müavini Ceyhun Bayramov da iştirak edib. O, bildirib ki, təbələlərin fikirlərini qəbul edir və eşitməyə hazırdır:
“Bəzi fikirlərlə razıyam, ancaq bəziləri ilə razılaşa bilmərik. Hər bir tələbə 4 il ərzində uğurla növbəti kursa keçib və hazırda diplomunu alıb əmək bazarına keçmək istəyir. Bu səbəbdən bu kimi qərarlar onları narahat edir. Sizin narahatlığınız ondadır ki, materiallar azdır, suallar yanvar ayından sonra hazırlanıb, imtahanlar çoxdur, dördüncü kurslara qarşı bu, ədalətsizlikdir. 1 ay sonra ixtisaslaşmış mütəxəssis olacaqsız. Sabah saat ikidə elmi şura keçiriləcək və bu gün səslənən fikirlər nəzərə alınaraq ölçülüb biçilmiş bir qərar qəbul olunacaq. Hər birinizə uğurlar arzu edirəm və fərqli fikirlər varsa yenə dinləməyə hazırıq.
Nazirlik olaraq öz tövsiyələrimizi ali məktəb rəhbərliyinə verəcəyik və ümid edirəm ki, ortaq bir məxrəcə gəlinəcək”. (qafqazinfo)