Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımov vəzifəsindən azad edilib.
Qaynarinfo-ya daxil olan məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Elçin Qasımov ötən ilin avqust ayında sözügedən vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin rəisi idi.