“Biz hər imtahandan sonra test tapşırıqlarını təhlil edirik. Amma bu o demək deyil ki, kimsə səs-küy saldı deyə, biz mövqeyimizi dəyişəcəyik”.
Tribunainfo.az -ın məlumatına görə, nazir bu fikirləri “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə səsləndirib.
“Biz hər imtahandan sonra test tapşırıqlarını təhlil edirik. Amma bu o demək deyil ki, kimsə səs-küy saldı deyə, biz mövqeyimizi dəyişəcəyik. Sertifikasiyaya heç bir aidiyyəti olmayan şəxslərin birdən-birə fəallaşmasını və prosesə qarşı çıxmasını başa düşmürəm.
Ümumilikdə 20 min müəllim sertifikasiyadan keçib. Onlardan cəmi 5 nəfər imtahana mobil telefon keçirməyə cəhd edib. Biz həmin şəxsləri qaydalara uyğun olaraq imtahandan kənarlaşdırmışıq. Bu, prosesin qeyri-qanuni olması anlamına gəlmir.
Kimya fənninə gəldikdə isə, 350 müəllim yüksək nəticə göstərib. Artıq yavaş-yavaş T-test şkalasına keçirik və inanıram ki, bu yanaşma zamanla hər kəs üçün aydın olacaq”, – deyə nazir vurğulayıb.