Nazir istefa verdi

Nazir istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniya hökumətində daha nazir istefa verib. Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 27-də ekologiya naziri Yure Lebenin istefa ərizəsi qəbul edilib. Nazir sabiq hökumətin tərkibində çalışdığı vaxt böyük dəmir yolu layihəsi ilə bağlı reklam layihəsinin tenderini manipulyasiya etməkdə ittiham olunduğuna və bu səbəbdən son günlərdə ciddi təzyiqlə üzləşdiyinə görə istefa vermək məcburiyyətində qalıb. Leben bütün ittihamları rədd etsə də, rəhbərlik etdiyi nazirliyin nüfuzunu qorumaq üçün tutduğu vəzifədən getdiyini bəyan edib.

Bu, son beş ayda hökumətdə baş verən üçüncü nazir istefasıdır.

Daha öncə mədəniyyət naziri Deyan Presiçek və daxili əlaqələndirmə naziri Marko Bandelli müxtəlif qalmaqallara görə istefa veriblər.