Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)backend

Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.
Bu barədə Qaynarinfo-ya universitetdən məlumat verilib.
Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğlu İmran Ağayev FHN-nin Modul tipli Hospitalının sabiq baş həkimi işləyib. O koronavirus xəstələrinin FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.