Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.
TİA.AZ Mia.az-a istinadən bildirir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb.Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.
DİN-in sözçüsü Ehsan Zahidov məlumatı mia.az-a təsdiqləyib. O bildirib ki, polis polkovniki Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun sözlərinə görə, hələlik Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.