Nazir Əmirullayev bu dəfə 1 milyona anlaşdı

Nazir Əmirullayev bu dəfə 1 milyona anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün xəbər vermişdik ki, Elm və Təhsil Nazirliyi 2020-ci ildə yaradılmış “RRM TƏMİR-TİKİNTİ” MMC ilə 10 milyon manatlıq tender müqaviləsi bağlayıb. Tribunainfo.az xəbər verir ki, həmin şirkətin məhz Emin Əmrullayev vəzifə başına keçəndən sonra nazirliyin tenderlərinə ayaq açdığı da vurğulanmışdı.
Dünən məlum olub, Elm və Təhsil Nazirliyi eyni şirkətlə daha bir satınalma müqaviləsi bağlayıb. Belə ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri işlərinin satınalınmasını “RRM TƏMİR-TİKİNTİ” MMC-yə həvalə edib. Bu dəfə isə nazirlik şirkətə 995.329,88 manat ödəyəcək.