Nazir deputatın qardaşını vəzifəsindən uzaqlaşdırdı

Nazir deputatın qardaşını vəzifəsindən uzaqlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
TİA.AZ Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxıb.
Daha bir əmrlə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.