Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsi ləğv edilib.
Bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Nazirin müaviq əmri ilə sözügedən idarənin yerinə Mətbuat Xidməti yaradılıb.
Qeyd edək ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova öz
ərizəsi ilə vəzifəsindən azad edilib.