30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələri Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarılıb, onların tərksilah prosesi yekunlaşıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən bildirib.
Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.
Bu açıqlama verildiyi gündə Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayperlə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, itki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı və Azərbaycan tərəfi faktla bağlı araşdırma aparır. Görünür ki, hələ də tərkisilah başa çatmayıb. Qarabağda əlində silahla gəzən qaçaq-quldur dəstələrinin olduğu bu faktdan aydınlaşır. Ona görə də separatçı tör-töküntüləri gizləndiyi yerlərdə aşkarlanıb zərərsizləşdirilməlidir.