Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Yeni il bayramına həsr olunmuş xeyriyyə tədbirində iştirakçıları güldürüb.
Axar.az xəbər verir ki, Nazarbayev Yeni il bayramındakı nitqinə zarafatla başlayıb:
“Soruşurlar ki, Prezident Yeni ili harada qeyd edəcək? Təbii ki, öz ofisində. Çünki Yeni ili harada qarşıladınsa, gələn ili də orada qeyd edəcəksən”, – deyə Nazarbayev bildirib.