“Siyasi iradə olmadan nüvə fəlakətindən qaçmaq mümkün olmayacaq”. Tribunainfo.az xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev “Astana klubu” müzakirə platformasında deyib.
“Biz həmişə olduğu kimi nüvə fəlakətinə yaxınıq”, – deyən Nazarbayev, Qazaxıstanın nüvə tərksilahına böyük töhfə verdiyi üçün bu “geriyə doğru getməkdən” son dərəcə narahat olduğunu vurğuladı.
“Qlobal səviyyədə, siyasi iradə olmadan bu məsələdə nəzərəçarpacaq irəliləyişə nail olmaq mümkün deyil”, – deyən siyasətçi əlavə edib ki, “qlobal münaqişənin olmasını istəmiriksə, dialoqun qurulmasına alternativ yoxdur”.