Məşhur müğənni Nazan Öncel siqaretlə bağlı səhhətində yaranan problemlərdən danışıb və təcili xəstəxanaya aparıldığını açıqlayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Məşhur müğənni Nazan Öncel sosial media hesabı ilə təcili xəstəxanaya aparıldığını açıqlayıb.
Serum müalicəsi aldığını dilə gətirən Öncel siqareti atdığını da açıqlayıb.
Nazan Öncel sosial media hesabından paylaşım edərək, “Siqaret düşmənlə sevişmək kimidir. İstilər də bir tərəfdən, təzyiq 22-yə düşdü. Qəfil huşumu itirdim… Təcili xəstəxanaya getdik, serum taxıldı. Biz də siqaretlə vidalaşdıq”.