Naxçıvanın Nazirlər Kabineti “Toyota”dan 4 ayda 6 xidməti maşın alıb: 438 min xərcləyib

Naxçıvanın Nazirlər Kabineti “Toyota”dan 4 ayda 6 xidməti maşın alıb: 438 min xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu 3 ədəd xidməti avtomobil alacaq.

Bu məqsədlə keçirilən tenderin qalibi isə “TOYOTA ABŞERON CENTER” MMC olub. “Toyota” şirkəti üç xidməti maşın üçün 202 min 500 manat ödəniş alacaq.

Qeyd edək ki, Naxçıvan MR-in Nazirlər Kabinetinin konkret olaraq “Toyota”dan hansı model avtomobil alacağı barədə məlumat verilməyib.

Tribunainfo.az –ın açıq mənbələr üzərindən apardığı araşdırmaya əsasən o da məlum olub ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti analoji tenderlərdən birini 03.04.2025-ci ildə də keçirib. Belə ki, həmin vaxt sedan tipli xidməti avtomobillərin alınması məqsədi ilə keçirilən müsabiqənin qalibi yenə “TOYOTA ABŞERON CENTER” MMC olub. Həmin razılaşmaya əsasən şirkət Nazirlər Kabinetinə 3 ədəd avtomobil satıb və müqabilində 236 min 700 manat ödəniş alıb.

Fərda Uğur