NAXÇIVANIN MUXTAR RESPUBLİKA STATUSUNUN LƏĞVİ NİYƏ VACİBDİR? – ŞƏRHbackend

NAXÇIVANIN MUXTAR RESPUBLİKA STATUSUNUN LƏĞVİ NİYƏ VACİBDİR? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var. Bu yalnız, Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq:

“Buna istinad edərək, Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər”.

Nigar

Tribunainfo.az