Naxçıvanı atəşə tutan erməni ordusundakı “5-ci kolon”du? – Açıqlama

Naxçıvanı atəşə tutan erməni ordusundakı “5-ci kolon”du? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.

Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova atəşkəsin pozulmasını erməni ordusu içində rusmeyilli qüvvələrin işi sayır. Onun fikrincə, Paşinyan əvvəl də etiraf edib ki, orduda “5-ci kolon” var. Ekspert hesab edir ki, baş nazirin bir ayın içində sülh müqaviləsi imzalamağın mümkün olduğunu deməsindən dərhal sonra atəşkəs pozulması kənar qüvvələrin təxribatı ola bilər: “Sülhü istəməyən kimdirsə, onun işidir. Buna daha çox sülh prosesində vasitəçi olmaq istəyən, amma ola bilməyən tərəfin əməli də demək olar. Fikrimcə, Rusiyada bəzi dairələr narahatdır. Bunu onların bəyanatları da hiss etdirir. Amma nəticəsi olmayacaq, gərginliyin artmaması lazımdır, İrəvan və Bakı bunu anlayırlar”.

Roman