Naxçıvanda uşaq oğruları peyda olub? – Rəsmi açıqlama

Naxçıvanda uşaq oğruları peyda olub? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

Tribunainfo.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə “WhatsApp” hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, “WhatsApp” proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.