NAXÇIVANDA TİCARƏT TÜRK LİRƏSİ İLƏ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı”. 

“Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı”.

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, SSRİ dövründə əlaqə Ermənistan üzərindən olduğundan, problem yox idi:

“Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nini süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Bu, Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirməlidir. Azərbaycan ordusunun Türkiyə ordusuyla birgə Naxçıvanda hərbi təlimlərının ardından başqa xəbər gəldi. Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır. Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.


İlahə