Naxçıvanda tez-tez atəşkəsin pozulmasında üçüncü qüvvənin marağı ola bilər – Ramiz Şərifovbackend

Naxçıvanda tez-tez atəşkəsin pozulmasında üçüncü qüvvənin marağı ola bilər – Ramiz Şərifov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda zaman-zaman ermənilər tərəfdən təxribat xarakterli mövqelər görürük. Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsiylə bağlı danışıqlar aparıldığı bir vaxta belə hallar bitəcəkmi? səbəbi nədir? niyə atəşkəsi pozurlar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirdi ki, Naxçıvan və Ermənistan arasında olan tez-tez atəşkəsin pozulması halları sistematik olaraq təkrarlanır. Bunun bir neçə əsas səbəbi var.

Ekspertin sözlərinə görə, ilk növbədə Ermənistan və onun havadarları onları silahlandırır, onlara müxtəlif silah verərək atəşkəsin pozulmasına şərait yaradırlar.

“Ermənistan rəhbərliyi isə bunu Azərbaycana təzyiq vasitəsi kimi göstərir ki, guya əgər biz sülh müqaviləsi bağlamasaq, müharibə təhlükəsi var. Bundan başqa Azərbaycanla Ermənistan arasında Naxçıvan istiqamətində sərhədi digər dövlətin əsgərləri qoruyur. Konkret olaraq atəşkəsin kimin pozması, kimin kimə güllə atması, dəqiq desək, o qədər də mümkün deyil.

Yəni orada üçüncü qüvvənin marağı varsa, ola bilər ki, atəşkəsi onlar da pozsun. Atəşkəsin pozulması halları nə qədər ki, sülh müqaviləsi bağlanmayıb ola bilər. Bunların hamısı təxribat xarakteri daşıyır. Amma

Ermənistanın siyasi rəhbərliyi başa düşməlidir ki, 44 günlük müharibədə və 2 günlük antiterror əməliyyatında Azərbaycan silahlı qüvvələri nəyə qadir olduğunu göstərdi. Təkrar müharibə qorxusu yaşansa bu Ermənistanın mövcudluğunu şübhə altına qoyacaq. Bütün bunları nəzərə alaraq Ermənistan rəhbərliyi Azərbaycan Respublikası ilə, onun Ali Baş Komandanı, cənab İlham Əliyevin dediyi şərtlərlə nə qədər tez sülh müqaviləsi bağlasa regionda bir o qədər sülh bərpa olar və Ermənistan da inkişaf etməyə doğru sıçrayış göstərə bilər. Əks təqdirdə silahlı qarşıdurmalar, atəşkəsin pozulması halları heç bir nəticə verməyəcək. 44 günlük müharibədən əvvəl Ermənistan qüvvələrinin Qarabağda o boyda döyüş texnikaları ilə, o cümlədən zenit raketlə silahlanmasına baxmayaraq, cəmi 44 gün döyüşə tab gətirə bildi. Ermənistan siyasi rəhbərliyi bundan ciddi bir nəticə çıxarmalıdır. Ki, onun bunun sözünə, silahına güvənməsin. Hazırda regionda Azərbaycan ən güclü silahlı, hərbi qüvvəyə sahibdir”.