NAXÇIVANDA “SON ZƏNG” SOVET DÖVRÜNƏ QAYITDI – NAZİRLİKDƏN REAKSİYA… FOTO

NAXÇIVANDA “SON ZƏNG” SOVET DÖVRÜNƏ QAYITDI – NAZİRLİKDƏN REAKSİYA… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda məktəblərin birində baş tutan son zəng tədbirində birincilərin sovet məktəb forması geyinməsi sosial şəbəkələrdə müzakirə yaradıb.

Tribunainfo.az yazır ki, Naxçıvandakı tədbirdən fotoları Elm və təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.
Jurnalist Aygün Muradxanlı uşaqların sovetdənqalma forma geyinməsini sərt tənqid edib. O bildirib ki, işğalçı imperiyanın məktəb formasını uşaqlarımıza geyindirməkdə maraqlı olmamalıyıq:

“Naxçıvanda son zəngdə çəkilib bu şəkillər. Niyə uşaqlar sovetlərin məktəbli formasındadılar ki???? Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənmir? Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Universitetində vahid geyimin ləğv edilməsinə ciddi dirəniş göstərildiyini demişdi. Sonda ləğv edildi. İndi də məktəblər… Bu kimlərin inadıdır? Bu necə bir qafadır? İnsan övladında, gələcəyində işğalçının mirasını necə yaşadar?”.

Jurnalistin narazılığını nəzərə alan nazirlik sözçüsü C.Valehov bildirib ki, uşaqların əynindəki geyim məktəbli forması deyil və uşaqlara həmin geyim son zəngə uyğun mərasimdə rəqs etmək üçün geyim formasıdır.