“Naxçıvanda qohumu rəhmətə gedənlər ancaq 40 mərasiminə çatır” – “AZAL”dan daha bir şikayət

Naxçıvanda qohumu rəhmətə gedənlər ancaq 40 mərasiminə çatır” – “AZAL”dan daha bir şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramında da “AZAL”ın Naxçıvana uçuşları ilə bağlı narazılıq yaranıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ramil Əliyev “Feysbuk” hesabında paylaşım edib.

O bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq Naxçıvana getmək isyəyən vətəndaşlar bilet ala bilmir:
“Azal rəhbərliyi, heç olmasa, 30 ildir Naxçıvana gedib-gələn qara camaata etdiyiniz əzab-əziyyəti müsəlmanların müqəddəs bayramı olan Qurban Bayramı günü etəməyəydiniz. İnsanlar 2-3 gün sonraya bilet alacaqlar, indidən gəlib növbəyə dayanıblar. Qurban bayramı günü ən böyük dualarımdan biri bu məsələnin tez bir zamanda öz həllini tapmasıdır. Vay o günə ki, Naxçıvanda yaşayan bir qohumun rəhmətə getsin. Xəbəri eşidəndən bilet növbələrində gözləməyə başlasan, ancaq 40 mərasiminə yetişə bilərsən. Yazdıqlarımı şişirdilmiş kimi hesab edə bilərsiniz. Ancaq bircə gün, günün istənilən saatında Naxçıvan-Bakı reysinin minik zalına getsəniz, yaxınları Naxçıvanda rəhmətə getmiş, ancaq bilet tapmayıb günlərlə salonda gecələyənlərin acı göz yaşlarına şahid ola bilərsiniz. Nə deyək, yəqin ki, “AZAL” rəhbərliyinin bu işlərlə məşğul olmağa vaxtı yoxdur. Çarəmiz ona qalıb ki, Zəngəzur yolu açılsın, işimiz AZAL-a düşməsin”.