Naxçıvanda dəhşətli qəza: 5 nəfər həlak oldu

Naxçıvanda dəhşətli qəza: 5 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tribunainfo.az-ın yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.