Naxçıvanda 6.3 milyonluq üç tender ləğv edilibbackend

Naxçıvanda 6.3 milyonluq üç tender ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Yol Təhcizat” MMC-nin keçirdiyi 3 tenderin hamısı bir gündə ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bununla bağlı rəsmi qaynaqlarda məlumat yayılıb.
Həmin tenderlərdən ikisi MMC-nin iki ədəd pikap maşını alması ilə bağlı olub. 66.500 və 35.450 manatlıq hər iki tenderin ləğvinin səbəbi MMC-nin özünün bildiyi şəxsdən bu avtomobilləri almaq istəyi və bu səbəbdən də müsabiqətə 3-dən az şirkətin qatılmasını təmin etməsi olub.
Üçüncü tender isə Şərur rayon Müslüm-Muğancıq,Cəlilkənd-Düdəngə kəndlərinin avtomobil yolları və Babək rayon Nehrəm qəsəbəsinin daxili avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlıdır. Dəyəri 6.222.826,80 manat olan bu layihənin də icrasını “Naxçıvan Yol Təhcizat” MMC özünə yaxın şəxsə verməyə cəhd edib.
Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin (AİİBNX) bununla bağlı yaydığı xəbərdə deyilir ki, “Naxçıvan Yol Təhcizat” MMC “Dövlət satınalmaları haqqında” qanunun tələblərini pozub. Tərtib edilmiş protokola əsasən MMC satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az göstərib. Bu da qanunun 36.1.1.-ci maddəsinin pozulması deməkdir.
Xatırladaq ki, “Naxçıvan Yol Təhcizat” MMC elə həmin gün Abşeron İcra Hakimiyyətinin keçirdiyi tenderin də qalibi olub. Belə ki, Xırdalanda yolların təmiri üçün 1,5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.