“Naxçıvanbank” ASC “VİP Garage Service” MMC-ni məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, bankın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.
İş üzrə sentyabrın 21-nə məhkəmə hazırlıq iclası təyin edilib.İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdir.