Naxçıvana yeni ekologiya və təbii sərvətlər naziri təyin edildibackend

Naxçıvana yeni ekologiya və təbii sərvətlər naziri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 4-də Xanlar Mustafayevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tribunainfo.az  xəbər verir ki, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 7-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin”.