Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 4-də Xanlar Mustafayevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Tribunainfo.az xəbər verir ki, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 7-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin”.