Naxçıvana ayrılan dotasiya niyə azaldılır?

Naxçıvana ayrılan dotasiya niyə azaldılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Naxçıvanın Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb. 

Tribunainfo.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı deyib.

“Müvafiq olaraq Naxçıvana dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir”, – deyə maliyyə naziri bildirib.