Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, Naxçıvan MR Təhsil Nazirliyinə və tabeliyindəki müəssisələrə 2025-ci il üçün ehtiyac olan yumşaq inventarın satın alınması nəzərədə tutulub. Bu sifarişi yerinə yetirəcək şirkətə isə 306 min 925 manat pul ayrılması qərarlaşdırılıb.
Tenderlərə dair saytdan isə belə görünür ki, TN özü üçün xeyli çeşiddə pərdə, xalat, mələfə, baxıl və digər vasitələr almağı planlayırmış.
Tenderin ləğvinə səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması göstərilib.
Fərda Uğur