Naxçıvan Səhiyyə Nazirliyi işıqlandırmaya 358 min manat xərcləyəcəkbackend

Naxçıvan Səhiyyə Nazirliyi işıqlandırmaya 358 min manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” Publik Hüquqi şəxsin yerlədiyi binanın işıqlandırma sisteminə əl gəzdirmək qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, bununla bağlı nazirlik tender də keçirib.

Tenderin nəticələrinə əsasən nazirlik “dekorativ işıqlandırma işlərinin görülməsi və mal-materialların alınması” kateqoriyası üzrə qalib olan “ZİRVƏ QRUP” MMMC-yə bir sıra sifarişlər verib. Bağlanılmış satılanma müqaviləsinin dəyəri isə 358.769,4 manat təşkil edir.

Maraqlıdır ki, nazirlik təkcə bir mərkəzinin dekorativ işıqlandırmasına bu qədər niyə xərc çəkir? Üstəlik, bu, bir binanın işqılandırma sistemi üçün böyük məbləğ deyilmi?

Hərçənd Naxçıvan MR Səhiyyə Nazirliyi ilə bağlı son zamanlar heç də xoş olmayan şikayətlərin də sayı az deyil. Yerli sakinlər qurumun fəaliyyətindən narazılıq edirlər. Bəlkə, sözügedən dövlət qurumu həmin şikayətləri araşdırıb, neqativ halları aradan qaldırsa, daha yaxşı olar. Nəinki fəaliyyətində heç bir əhəmiyyət kəsb etməyən belə işlərlə məşğul ola.