Naxçıvan gömrüyündən  keçən narkotik Türkiyədə aşkarlandı

Naxçıvan gömrüyündən keçən narkotik Türkiyədə aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda heroin Dilucu Gömrük Məntəqəsində ələ keçib.

Hurriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dəyəri 10 milyon TL (təqribən 410 min AZN) olan narkotik İğdır Dilucu Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunub. Narkotikin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyəyə keçirilməsinə cəhd olunduğu bildirilir.
Lakin Naxçıvan Gömrük İdarəsinin bu malları necə aşkarlaya bilməməsi sual doğurur. Türkiyə gömrükçüləri onları yaxalayır, amma Naxçıvan gömrüyündən keçir.