Naxçıvan gömrüyündəki əməliyyatın – Şok detallarıbackend

Naxçıvan gömrüyündəki əməliyyatın – Şok detalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.

Tribunainfo.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.

Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

İddiaya görə, həmin qızılların 1 kiloqramı üçün sahibkardan 3000 manat rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.