Naxçıvan Dövlət Universiteti (NDU) Tədris binalarında cari təmir işlərinə başlayıb. Tribunainfo.az xəbər verir ki, universitet bununla bağlı tender elan edib və ötən həftə qalibin adı açıqlanıb. Rəsmi məlumatlara görə, dəyəri 336.000 min manat olan təmir işləri ilə bağlı “Construction Business Group” MMC ilə satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, “Construction Business Group” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Ötən il şirkət Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ Şəhər Ərazi Nümayəndəliyi ilə maliyyə dəyəri 79 930,05, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı Şəhər Ərazi Nümayəndəliyi ilə 90.899,02 manatlıq satınalma müqaviləsi imzalayıb.
Hazırda bu şirkətin təsisçisi və direktoru Elmir Babayevdir. Yeri gəlmişkən, Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl “Akkord” şirkətində çalışıb.
Bildirək ki, onun haqqında açıq mənblərdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, Elmir Babayev də bundan əvvəl “Akkord” işləyib. O, şirkətin Biznes İnkişaf Şöbəsinin müdiri olub. Onunla şirkət arasında mübahisə yarandığına görə oradan uzaqlaşıb. Hətta “Akkord”un onu məhkəməyə verdiyi barədə iddialar da var.
Bu şəxsin keçmiş baş prokuror Zakir Qaralovun “qatı düşmən”lərindən biri olan “KONEKS CONSTRUCTİON” şirkətinin rəhbəri Rəsul Orucovun patronajlığı altında fəaliyyət göstərdiyi deyilir. Orucov da Elmir Babayvelə birlikdə “Akkord”da çalışıb. Elə məhkəməyə çəkilmələrinin səbəbi də onların birlikdə bir sıra işlər görməsi və “Akkord”a ziyan vurmaları göstərilir.