Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bir gündə iki tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, tenderlərdən biri təsərrüfat malları və müxtəlif növ məhsulların alınması ilə bağlı olub. 131 min 970 manat dəyərində olan bu müsabiqənin ləvinin səbəbi isə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-10986/2025 nömrəli Qərarı göstərilib.
Ali Məclisin ləğv olunan ikinci tenderi isə təmizlik mallarının və müxtəlif ləvazimatların satın alınmasını əhatə edib. 46 min 603 manatlıq müsabiqənin də ləğvvi elə sözügedən qurumun tətrtib etdiyi protokola əsasən baş tutmayıb.
Fərda Uğur










