Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətçi Aleksey Navalnının 2018-ci ildə keçiriləcək prezident seçkilərini namizədliyini qəbul etməyib.
TİA.AZ-ın xəbərinə görə, bu barədə Rusiya MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.
Siyasətçi dekabrın 24-də lazımi sənədləri MSK-ya təqdim edib.
MSK-dan bildiriblər ki, qanunvericiliyə uyğun olaraq, Navalnının məhkumluğu, ona 2018-ci ilin prezident seçkilərində namizəd qismində iştirak etməyə imkan vermir.