Rusiya və ABŞ əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqları davam etdirirlər. Danışıqlar zamanı mübadiləyə təklif olunan namizədlər arasında Rusiyada mühakimə olunan müxalifətçilərin, o cümlədən Aleksey Navalnının adları çəkilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə anonim Qərb rəsmilərinə istinadla “Wall Street Journal” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olundur ki, Moskva Almaniyada çeçen mücahidlərinin keçmiş səhra komandiri Zelimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Vadim Krasikovun azadlığa buraxılmasında israrlıdır. Danışıqlarda Rusiyada casusluq ittihamı ilə məhkum edilmiş ABŞ vətəndaşları Pol Uilanın və Evan Qerşkoviçin adlarının çəkildiyi qeyd olunur.
Bununla belə, qəzet yazır ki, Aleksey Navalnı kimi siyasi məhbusun, başqa tanınmış rusiyalı müxalifətçilərin də siyahıya daxil ediləcəyi daha mürəkkəb mübadilə sxemini istisna etmək olmaz. Navalnı yayda 19 il cəzaya məhkum edilərək xüsusi rejimli koloniyaya göndərilib.
ABŞ-da həbsdə olan və Rusiyada məhkum edilmiş basketbolçu Brittni Greiner ilə dəyişdirilən Viktor Butdan fərqli olaraq, Krasikov Amerika yurisdiksiyasından kənardadır, Almaniyada həbsdədir. Bu, danışıqlarda əlavə çətinliklər yaradır.
Krasikov 2021-ci ilin dekabrında Berlində mühakimə olunub. Məhkəmə müəyyən edib ki, rusiyalı Moskvanın göstərişi ilə hərəkət edib və 2019-cu ildə Berlində Xanqoşvilini qəztlə yetirib. Məhkmə olayı dövlətin təşkil etdiyi terroru aktı adlandırıb.